Leysan yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - Xəbərdarlıq

Eşqin Nuruşov/AZADİNFORM. Sabaha olan hava proqnozu açıqlanıb.

ETSN-dən Azadinform-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  17-19° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 70-80 %, gündüz  50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə isə, səhər bəzi dağlıq rayonlarda, axşam isə əksər rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19° isti, gündüz  30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

İyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq 23-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

19.06.2017 12:48 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.10.2017
    18.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo