Qanunsuz yolla İrana keçmək istəyən tələbələr saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yardımlı rayonunun Alar kəndindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin, onlara bələdçilik edən İran vətəndaşı, 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanılıblar. 

DSX-nin mətbuat mərkəzindən Azadinform-a veilən məlumata görə, sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan vətəndaşı, Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. İlkin araşdırma zamanı Banqladeş vətəndaşlarının “Odlar Yurdu” və “Qərb” universitetlərinin tələbələri olması müəyyənləşdirilib. 

Cəlilabad rayonunun Əsədli kəndindəki sərhəd zastavasının xidməti sahəsində isə İrandan Azərbaycana dövlət sərhədinin pozulması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusunu qarşılamaq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil Əhməd oğlu, onun qardaşı Şixəli Gözəlov, sərhəd pozucusu, 1980-ci il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunub. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıtmaq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keçməsi müəyyənləşib. 

Hər iki fakt üzrə cinayət işi başlanıb.

19.06.2017 12:38 / Baxılıb: 29 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo