Külli miqdarda qızıl külçənin ölkədən çıxarılmasının qarşısı alınıb

Eşqin Nuruşov/AZADİNFORM. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkədən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük  postunda İrana gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi “Toyoto Prado” markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük baxışı keçirilib. Bildirilir ki, “Heimann Cargo Vision” rentgen qurğusu ilə keçirilən baxış zamanı avtomobilin motorxanasında - avtomobilin işlək akkumulyatorunun altından, gömrük nəzarətindən gizlədilən, 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü (yumru, külçə, kiçik ölçülü qırıntılar formasında) sarı rəngli, qızıla oxşar metal kütlələr aşkar edilib.

Müvafiq ekspert rəyinə əsasən, aşkar edilən metal kütlələr xalis çəkisi 7 kiloqram 058,28 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisindən olan külçələrdir.

Faktla bağlı araşdırma aparılır. 

19.06.2017 12:30 / Baxılıb: 82 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo