Həmsədrlər indiki vəziyyəti adekvat qiymətləndirə bilmir

Leyla Məhərrəmova / AZADİNFORM. “Dağlıq Qarabağda yaranan gərginlik ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri ilə əlaqədar deyil. Gərginliyin ənənəvi səbəbləri var. Cari səbəbi isə Ermənistan prezidenti Serj Sarkisyanın prezidentlik müddətinin sona yaxınlaşmasıdır”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, 10 aydan sonra Sarkisyan bu postda qalmayacaq: “Ona görə də Sarkisyan belə bir imic yaratmaq istəyir ki, guya o kompromisə getməyən şəxsdir. Hesab edirəm ki, həmsədrlər indiki vəziyyəti adekvat qiymətləndirə bilmir. Həmsədrlər 6 ay öncə hansı metodla işləyirdilərsə, indi də o  metodla işləyir. Ermənistanın mövqeyi dəyişsə də, həmsədrlər bunu adekvat qiymətləndirə bilmir. Hazırda əsas problem budur”.

Politoloq vurğulayıb ki, Sarkisyan çalışır ki, 10 ay müddətində ciddi bir dəyişiklik baş verməsin, buna görə də cəbhədə təxribatlar törətdi: “Artıq erməni tərəfinə də bəllidir ki, Azərbaycan ordusu hər cür təxribatlara cavab verməyə hazırdır. Biz bir şəhid verdik, amma Ermənistan tərəfi 4 itkisinin olduğunu, 2 nəfərin isə ağır yaralı olduğunu etiraf etdi. Sarkisyan çalışır ki, vəziyyəti gərginləşdirsin, amma ordumuz buna imkan verməyəcək. Əsas məsələ ondan ibarətdir ki, həmsədrlər başa düşsün ki, Ermənistanın mövqeyi 1-2 ay əvvəlki mövqeyindən fərqlənir”.

19.06.2017 11:20 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2017
    18.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo