5 Azərbaycan vətəndaşını İnterpol axtarır Fotolar

Samir Soltanov/AZADİNFORM. Azərbaycan adam oğurluğundan təqsirləndirilən 5 nəfər barəsində beynəlxalq axtarış elan edilib. 

Azadinform xəbər verir ki, bu barədə İnterpolun saytı məlumat yayıb. 

Axtarışa verilənlər 38 yaşlı Rafat Əmirov, 32 yaşlı Rüfət Əmirov, 29 yaşlı Kamil Əmirov, 21 yaşlı Əli Hüseynov və 36 yaşı Elvin Cəfərovdur. Axtarışa verilənlərdən Rüfət Əmirov adam oğurluğunda, qalanları isə adam oğurluğuna cəhddə təqsirli bilinir. 

Azərbaycan hüquq-mühafizə orqanları onlar ölkədən qaçdıqları üçün barələrində dövlətlərarası axtarış elan edib, saxlanılmaları üçün İnterpola müraciət olunub.

19.06.2017 11:18 / Baxılıb: 107 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.05.2018
26.05.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo