Ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edilib Fransada

Fransanın Bordo, Nant, Nitsa, Puate və Paris şəhərlərində ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edilib. 

Həbs olunan ermənilərin hansı ölkələrin vətəndaşı olduqları açıqlanmayıb. Polis əməkdaşı Jan-Mark Droqe deyib ki, Renna polisi bir il ərzində bu qrupun fəaliyyətini araşdırıb: "Həmin cinayətkarlar fahişələri silahla qorxudaraq, onları pul ödəməyə məcbur ediblər. 14 nəfərlik qruplaşma artıq məhkəmə qarşısına çıxarılıb. Onların 8-i xüsusi təhlükəli cinayətkarlardır. Qruplaşma üzvlərinin hamısı kişilərdir. Onların yaşı təxminən 30 civarındadır. Bu cinayətkar qrup suteneyorluqla yanaşı, müxtəlif mafioz işlərlə də məşğul olub. Bu qrup fahişələri elə qorxudub ki, onlar başlarına gələnləri polisə deməkdən də çəkiniblər”. (report)

19.06.2017 11:12 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo