Komitə sədri Oğuzda sakinlərlə görüşəcək

Eşqin Nuruşov/AZADİNFORM. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev iyunun 23-də saat 10:30-da Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində (Heydər Əliyev küç. 1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən Azadinform-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Oğuz, Şəki, Mingəçevir, Qəbələ rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən şəxslər iyunun 22-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Qeyd edək ki, DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün DGK-nın internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər. 

19.06.2017 11:00 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo