Təyyarəni ildırım vurub

Türkiyənin "Atlas global" aviaşirkətinə məxsus İstanbul-Tbilisi reysi həyata keçirən təyyarəni ildırım vurub. 

Məlumata görə, bu səbəbdən təyyarə Atatürk hava limanına geri qayıtmağa məcbur olub.

Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra ildırım təyyarəni vurub ki, təyyarə ekipajı dərhal geri qayıtmaq barədə qərar qəbul edib.

İnsidentlə bağlı təyyarədə xəsarət alan olmayıb.

Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, həmin təyyarə gecikmə ilə daha sonra reysi davam etdirib. (trend)

19.06.2017 10:50 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo