ÇL Qarabağın rəqibləri bəlli olur

Samir Soltanov/AZADİNFORM. Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin  püşkatması olacaq. 

Azadinform xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

Ardıcıl dördüncü dəfə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ” da bu gün rəqibini tanıyacaq.  

Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu səpələnmişlər sırasında yer alacaq. 

Qurban Qurbanovun komandası səpələnməmişlər sırasında yer alan 12 klub və ya yarışa  I təsnifat mərhələsindən başlayacaq 4 cütlükdən birinə rəqib olacaq. Ermənistan təmsilçisinin yer aldığı I mərhələnin cütü "Qarabağ"la qarşılaşa bilməz. 


Çempionlar Liqası 


I təsnifat mərhələsi 


Səpələnmişlər 


TNS (Uels) – 5,775

“Linfild” (Şimali İrlandiya) – 3,650

“Vikinqur” (Farer adaları) – 2,950

“Hibernians” (Malta) – 2,800

“Santa-Koloma” (Andorra) – 2,733 


Səpələnməmişlər 


“Alaskert” (Ermənistan) – 2,525

“La Fiorita” (San-Marino) – 1,566

“Europa” (Cəbəllütariq) – 1,500

“İnfonet” (Estoniya) – 1,300

“Trepça” (Kosova) – 1,000 


II təsnifat mərhələsi 


Səpələnmişlər 


“Seltik” (Şotlandiya) – 42,785

“Zalsburq” (Avstriya) – 40,570

“Kopenhagen” (Danimarka) – 37,800

“Lüdoqorets” (Bolqarıstan) – 34,175

BATE (Belarus) – 29,475

“Legiya” (Polşa) – 28,450

APOEL (Kipr) – 26,210

“Maribor” (Sloveniya) - 21,125

“Qarabağ” (Azərbaycan) – 18,050

“Malmö” (İsveç) – 16,945

“Astana” (Qazaxıstan) – 16,800

“Partizan” (Serbiya) – 16,075

“Riyeka” (Xorvatiya) – 15,550

“Rusenborq” (Norveç) – 12,665

“Şerif” (Moldova) – 11,150

“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875

“Hafnarfyordur” (İslandiya) – 6,175 


Səpələnməmişlər 


“Jilina” (Slovakiya) – 5,850

“Jalgiris” (Litva) – 5,825

“Dandalk” (İrlandiya) – 5,815

“Vardar” (Makedoniya) – 5,125

“Dudelanj” (Lüksemburq) – 4,975

“Kukesi” (Albaniya) – 4,550

“Zrinski” (Bosniya və Herseqovina) – 4,050

“Buduçnost” (Monteneqro) – 3,300

“Honved” (Macarıstan) – 2,900

“Mariehamn” (Finlandiya) – 2,030

“Spartak” (Latviya) – 1,975

“Samtredia” (Gürcüstan) – 1,525 

I təsnifat mərhələsinin 5 qalibi

 

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları 11-12, cavab matları isə 18-19 iyul tarixlərində keçiriləcək.

19.06.2017 10:22 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo