Sabah yağış yağacaq, leysan olacaq

AZADİNFORM. İyunun 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Azadinform-a verilən məlumata görə, havanın temperaturunun gecə 15-17° isti, gündüz  22-27° isti, Bakıda gecə  15-17° isti, gündüz  25-27° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  762 mm civə sütunundan  758 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17° isti, gündüz  26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

17.06.2017 12:57 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    29.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo