Ərdoğan Fransa prezidenti ilə Qətəri müzakirə edib

Adəm Abbaslı/AZADİNFORM. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla Qətərin ətrafında yaranmış vəziyyəti müzakirə edib.

Azadinform-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti həmçinin Qətərin əmiri ilə telefon danışığı aparıb və regional məsələləri müzakirə edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr bu Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

17.06.2017 09:00 / Baxılıb: 38 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    29.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo