"Dağlıq Qarabağdakı ədalətsizliyə son qoymaq lazımdır"

"Bizim qəlbimizdə bir qapanmayan yara var, bu da Dağlıq Qarabağ münaqişəsidir".

Bunu Azərbaycan jurnalistləri üçün təşkil olunan iftar süfrəsində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün İraq, Suriya kimi yerlərdə bir çox ədalətsizliklər davam edir. Amma Dağlıq Qarabağda ədalətsizlik uzun müddətdir mövcuddur: "Bunu sona çatdırmaq lazımdır. Bu ədalətsizlik bitməyincə, regionda sabitlik olmaz. Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq. O gün mütləq gələcək ki, məsələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq". (report)

16.06.2017 23:46 / Baxılıb: 99 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
    22.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo