Dillər Universitetinə publik hüquqi şəxs statusu veriləcək

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Dillər Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, Azərbaycan Dillər Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dillər Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib. 

Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. 

Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Dillər Universiteti öz fəaliyyətini davam etdirəcək.

16.06.2017 18:45 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo