10 yaşlı Kaspi Təhsil Şirkəti yubileyini keçirəcək - Bu gün

Adəm Abbaslı/AZADİNFORM. Respublikanın ən qabaqcıl və sürətlə inkişaf edən təhsil təşkilatlarından biri olan “Kaspi” Təhsil Şirkəti bu gün 10 yaşını qeyd edir.

Azadinform xəbər verir ki, millətin gələcəyi olan təhsil sahəsində misilsiz xidmətlər göstərmiş “Kaspi” Təhsil Şirkəti yubiley tədbirinə hazırlaşır. Tədbir Gənc Tamaşaçılar Teatrında ədəbi-bədii gecə şəklində keçiriləcək.

Qeyd edək ki, “Kaspi” Təhsil Şirkəti üçün bu gün ikiqat bayramdır. Belə ki, bu gün eyni zamanda şirkətin tərkibinə daxil olan, 2014-cü ildə fəaliyyətə başlamış “Kaspi” Liseyi də ilk məzunlarını buraxıb. Həm yubiley, həm də məzun gecəsinin qeyd olunduğu tədbirdə şirkətin işçi kollektivi, məzunlar və onların valideynləri ilə yanaşı onlarla ictimai xadim, mədəniyyət nümayəndələri və digər görkəmli şəxslər də  iştirak edəcək.

Tədbirdə şirkətin təsisçisi Sona Vəliyevanın “Kaspi”nin yaranma tarixindən, missiyasından və gələcək hədəflərindən bəhs edən çıxışı, 10 illik tarixini əks etdirən  video-çarxın nümayişi, “Kaspi” liseylərinin incəsənət dərnəyinin şagirdləri tərəfindən hazırlanmış kompozisiyaların, rəqslərin, səhnəciklərin nümayiş olunması, xor şəklində mahnılar səsləndirilməsi gözlənilir.

Xatırladaq ki, “Kaspi” Təhsil Şirkəti 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan bir mərkəz kimi fəaliyyətə başlayıb, keçən 10 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 4 uşaq bağçası, 11 filial, 7 yerli nümayəndəlik açmış və “şirkət” statusunu qazanıb.

Gənc Tamaşaçılar Teatrında keçiriləcək yubiley tədbiri  16 iyun 2017-ci il tarixində, saat 18:00-da başlayacaq.

16.06.2017 13:15 / Baxılıb: 413 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo