Həmsədrlərin regiona səfəri işçi xarakter daşıyır

Leyla Məhərrəmova / AZADİNFORM. “ATƏT-in Minsk qrupunun regiona səfəri çox vaxt işçi və banal xarakter daşıyır”.

Bunu Azadinform-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərin mövqeyi aydındır: “Həmçinin Rusiya, ABŞ və Fransanın da yanaşması bəllidir. Dağlıq Qarabağ münaqişəsi dünyanın yeganə münaqişəsidir ki, dünyada bir-birinə qarşı daim mübarizə aparan güclərin bu münaqişə ilə bağlı maraqları üst-üstə düşür. Belə olan təqdirdə biz hansı proqresdən danışa bilərik?”.

Politoloq hesab edir ki, qonşu dövlətlər də həmçinin münaqişənin mövcud durumda olmasından udurlar və heç cür vəziyyətin dəyişməsinə tərəfdar deyillər”.

16.06.2017 11:50 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    29.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo