Azərbaycanla enerji sahəsində əməkdaşlığı gücləndirmək lazımdır

“Avropa İttifaqı Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq”. 

Məlumata görə, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin rəhbəri Denis Daniilidis “Caucasus İnternational” jurnalının nəşrə başlamasının 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. D. Daniilidis son həftələrdə Aİ-dən Azərbaycana reallaşan səfərlərdən danışaraq əlaqələrin yeni müstəviyə çıxdığını bildirib. Aİ rəsmisinin sözlərinə görə, Azərbaycanın islam aləmində rolu çox vacibdir və o, mədəniyyətlərarası dialoqa öz töhfəsini verə bilər: “Bu regionda siyasi sabitliyə ehtiyac var. Biznes üçün bu, çox vacibdir. Biz Azərbaycanla yeni saziş üzrə danışıqlar aparırıq. Enerji sahəsində strateji əməkdaşlığı gücləndirmək lazımdır. Biz artıq tərəf olaraq bir-birimizi daha yaxşı tanıyırıq”. (apa)

16.06.2017 11:14 / Baxılıb: 37 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo