Şəhid hərbçi Qusarda dəfn olunub - YENİLƏNİB

Azərbaycan Silahlı Qüvvələrinin ötən gün erməni təxribatının qarşısı alarkən şəhid olan hərbi qulluqçusu Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusar rayonunda torpağa tapşırılıb.

Məlumata görə, Qusar rayon Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub.

Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra şəhid əsgər torpağa tapşırılıb. (apa)


10:07


Samir Soltanov/AZADİNFORM. Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Bu barədə Azadinform-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

16.06.2017 14:48 / Baxılıb: 232 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo