Dövlət katibi: Konstruktiv dialoqa ehtiyac var

Leyla Məhərrəmova / AZADİNFORM. ABŞ dövlət katibi Reks Tillerson və Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl-Cubeir görüşərək Qətər-Fars körfəzi ölkələri böhranını müzakirə ediblər.

Azadinform-un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

O qeyd edib ki, görüş zamanı Tillerson de-eskalasiya və qısa zaman ərzində problemi  həll etmək üçün  konstruktiv dialoqa ehtiyac olduğunu deyib. 

Tərəflər həmçinin qlobal terrorizmə qarşı mübarizə aparmaq barədə də fikir mübadiləsi  aparıb.

14.06.2017 11:46 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo