Londonda yanan bina söndürülüb azı 6 nəfər ölüb (Yenilənib 4)

Londonda çoxmərtəbəli binada saatlarla davam edən yanğın söndürülüb. 

Şəhər polisi 24 mərtəbəli binadakı yanğın nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb. Amma ölü sayının artması ehtimal olunur. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər binada xeyli insan cəsədinin olduğunu bildiriblər. Yanğınsöndürənlər yanğının tam nəzarət altına alındığını, binanın çökmə təhlükəsinin olmadığını açıqlayıblar.  

Bələdiyyəyə məxsus sosial binada müxtəlif ölkələrdən gələn şəxslərin yaşadığı müəyyənləşib. Hadisə zamanı binada Türkiyə vətəndaşlarının da olduğu bildirilir. İlkin məlumata əsasən, binada ümumilikdə 400 nəfər yaşayırmış. Orada yaşadığı müəyyənləşən xeyli insandan xəbər almaq mümkün olmayıb. (apa)



11:46



Samir Soltanov/AZADİNFORM. Londonda çoxmərtəbəli binada yerli vaxtla saat 01:15-də (Bakı vaxtilə 04:15) başlayan yanğın hələ də söndürülməyib. Azadinform xəbər verir ki, yanğınsöndürənlər külə dönən binada xeyli insanın öldüyünü bildiriblər. Şəhərin Təcili Tibbi yardım Xidməti indiyədək 50 nəfərin xəstəxanalara çatdırıldığını açıqlasa da, ölənlərin sayı ilə bağlı heç bir məlumat verilməyib.


10:37



Samir Soltanov/AZADİNFORM. İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb. Azadinform xəbər verir ki, yerli mətbuat binanın hər an çökə biləcəyi barədə məlumatlar yayır. 150 mənzilli binanın sakinlərindən içəridə qalanların olduğu, onlardan bəzilərinin özlərini binadan atdıqları bildirilir. Məlumata görə, artıq 1 nəfər ölüb, 30 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.


10:05



Londonda 27 mərtəbəli binada yanğın baş verib.Məlumata görə, ikinci mərtəbədə başlayan yanğın miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib.

Yerli vaxtla saat 01:15-də başlayan yanğın səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.

Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib.

Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb. (apa)

14.06.2017 15:18 / Baxılıb: 85 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.06.2017
26.06.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo