ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırır

Adəm Abbaslı/AZADİNFORM. Dünya birjalarında neft ucuzlaşıb.

Azadinform xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,99% azalaraq 46,00 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,84% azalaraq 48,31 dollar olub.

Neftin ucuzlaşmasına Amerika Neft İnstitutunun ABŞ-da “qara qızıl” ehtiyatlarının artması barədə məlumatları səbəb olub. 

14.06.2017 09:35 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.10.2017
    22.10.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo