Bu yollarda sürət həddi endirilib - Fotolar

Samir Soltanov/AZADİNFORM. Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsi və Zığ dairəsi - hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. 

"Həmçinin bildiririk ki, Rəşid Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir", - deyə məlumatda qeyd olunur.

13.06.2017 14:03 / Baxılıb: 44 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
27.06.2017
26.06.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo