Qobustan Qoruğunu 100 minə yaxın insan ziyarət edib

“Keçən il Qobustan Milli Tarix Bədii Qoruğunu təxminən 100 minə yaxın insan ziyarət edib”. 

Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki, Qobustana gələn turistlərin sayı ötən dövrlərə nisbətən xeyli çoxalıb: “Bu gün paleolit dövründən qalan qayaların üzərində yazılan yazılar, rəsmlər dünyada çox nadir hallarda tapılır. Dünyada bu cür məkanların şəbəkəsi mövcuddur. Azərbaycan artıq Qobustanla bu şəbəkəyə daxil olaraq bütün dünyaya nümayiş etdirir ki, bəşəriyyətin ilk məkanları olan torpaq, yer Azərbaycanda yerləşir”. 

Nazir əlavə edib ki, bütün turist şirkətləri Qobustana səfəri öz turizm paketlərinə daxil edirlər: “Qobustan muzeyi Avropanın ən yaxşı muzeyləri sırasına daxil olub. (trend)

13.06.2017 11:09 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.08.2017
    19.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo