Türkiyənin baş naziri Gürcüstana səfər edəcək

Türkiyənin baş naziri Binəli Yıldırım bu günlərdə Gürcüstana səfər edəcək.

Məlumata görə, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü jurnalistlərə açıqlamasında bildirib.

“Bu günlərdə Türkiyənin baş naziri Binəli İldırımın Gürcüstana səfəri gözlənilir. Səfər çərçivəsində ölkələrimiz arasında strateji iş birliyinin ikinci  konfransı keçiriləcək”, deyə səfir bildirib.

Səfir həmçinin yaxın günlərdə Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün keçiriləcəyini təsdiqləyib.  (apa)

19.05.2017 22:46 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.02.2018
    17.02.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo