Avtomobil aşdı, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə Qazax rayonun Daş Salahlı kəndi ərazisində qeydə alınıb. “Toyota Prado” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər, Ağstafa rayon Böyük Kəsik kənd sakini, 1983-cü il təvəllüdlü Şamilov Məhəmməd Ramiz oğlu və Gürcüstanın Rustavi şəhər sakini, 1980-ci il təvəllüdlü Qurbanov Rizvan Yusif oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

19.05.2017 22:57 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo