Azərbaycan ipəyi ilə bağlı geniş məlumat verildi

"Azərbaycanda ipəkçilik inkişaf edir. Dünyada məşhur olan Azərbaycan ipəyi əvvəlki nüfuzunu özünə qaytarır".

Bu barədə Tbilisidə fəaliyyət göstərən Dövlət İpək Muzeyində keçirilən “Milli adət ənənələr və innnovasiyalar” beynəlxalq elmi konfransda məlumat verilib.

Azərbaycan “İnisiativ” Kuratorlar Birliyinin (İCU) məsul əməkdaşı Könül Rəfiyeva konfransda ölkəmizin zəngin mədəniyyəti, incəsənəti, xüsusən də qədim İpək mədəniyyəti, ipəkçiliyin yaranması, inkişafı və şöhrəti barədə məlumat verib. O bildirib ki, bu gün Azərbaycan mədəniyyəti nümunələri, o cümlədən kələğayı YUNESKO-nun mədəni irs siyahısına daxil edilib: "Bu gün Azərbaycan dövləti ipəkçiliyin inkişafına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, Azərbaycan ipəyi artıq əvvəlki şöhrətini özünə qaytarır. Bu gün Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycan ipəyinin təqdim olunması barədə maraqlı fikirlər səslənib. Bu da bir daha göstərir ki, Azərbaycan ipəyi dünyada məşhurdur". 

İCU-nun təşəbbüsü ilə konfransa qoşulan FR collections qrupunun üzvləri Ruslan Hüseynov və Fuad Cəbrayılov Azərbaycan milli geyimləri, xüsusən də kəlağayı barədə ətraflı məlumat veriblər.

Çıxış edənlər Azərbaycanda kəlağayı və digər geyim əşyaları üçün ipəyin alınması, istehsalı, rənglənməsi, taxta qəliblərlə möhürlənməsi barədə ətraflı söz açıblar. Azərbycan ipəyi, kəlağayı barədə sənədli film çəkildiyi diqqətə çatdırılıb.

Layihə çərçivəsində Heydər Əliyev Fondu və Böyük Britaniya şahzadəsi Çarlz adına Ənənəvi İncəsənət Mərkəzinin birgə layihəsi olan İçəri şəhər Ənənəvi İncəsənət Mərkəzinin iki əməkdaşı Aysel Vəliyeva və Vəfa Qurbanova Tbilisi Dövlət İpək Muzeyində bir həftəlik kurs keçiblər. Onlar əsasən TC2 Jacquard dəzgahı ilə ipək toxunmasının qaydalarını öyrəniblər.

Kursu bitirən azərbaycanlı xanımlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, 1887-ci ildə Tbilisidə yaradılmış bu muzeyin ikinci mərtəbəsində Azərbaycan mədəniyyəti inciləri də saxlanılır. Burada Şuşa, Ağdam, Ağcabədi və digər rayonlarda toxunmuş qədim xalça, kilim, gəvə, xurcun, Şəki ipəyindən hazırlanmış üst geyim formaları, təkəldüz, dulusçuluq alətləri və s əşyalar sərgilənir. Konfrans iştirakçıları Azərbaycan mədəniyyət incilərinə maraqla tamaşa ediblər. (report)

19.05.2017 22:10 / Baxılıb: 39 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo