Belarus Azərbaycan İcmaları Konqresi müraciət ünvanladı

Belarus Azərbaycan İcmaları Konqresi Rusiya Federasiyası Prezidentinin Administrasiyası, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, Rusiya Federasiyasının Ali Məhkəməsinə müraciət ünvanlayıb.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə deyilir ki, Azərbaycan İcmalar Konqresi Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar dərin narahatlığını ifadə edib: "Bizim üçün sirr deyil ki, bütün bu təxribat xarakterli fəaliyyətin arxasında Rusiya və Azərbaycan arasındakı dostluq münasibətlərinə xələl gətirən insanlar və təşkilatlar dayanır. Azərbaycan İcmalar Konqresi uzun illərdir ÜAK ilə əməkdaşlıq edir. On ildən artıqdır fəaliyyət göstərən təşkilat ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işində özünəməxsus körpü rolunu oynayır”.

Sənəddə həmçinin vurğulanır ki, ÜAK öz fəaliyyətini hər zaman Rusiya Federasiyası qanunvericiliyi çərçivəsində qurub, fəaliyyəti çərçivəsində ictimaiyyəti doğma vətənin milli, mədəni və mənəvi dəyərləri ilə yaxından tanış edib.

“Biz, Belarus azərbaycanlıları ölkəmizin müxtəlif diaspor nümayəndələri ilə birgə rus diasporu ilə dostluq münasibətləri saxlayır və birlikdə çoxsaylı aksiyalar həyata keçirirk. Heç bir şey bizim qardaşlıq münasibətlərimizə təsir edə bilməz” – müraciətdə qeyd olunub. (report)

19.05.2017 20:54 / Baxılıb: 91 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo