Baş nazir hökumətə etimad məsələsinin müzakirəsini təklif etdi

Ukraynanın Baş naziri Vladimir Qroysman Ali Radanın (parlamentin) deputatlarına gələn həftə hökumətə etimad məsələsini müzakirəyə çıxarmağı təklif edib.

Baş nazir bunu “1+1” televiziyasına müsahibəsində bildirib.

“Mən hökumətin parlament qarşısında hesabat verməsindən qorxmuram. Bu il aprelin 14-də başçılıq etdiyim hökumətin birilliyində parlamentdə hesabat vermişəm. Ona görə də təklif edirəm ki, gələn həftə hökumətin istefası ilə bağlı qətnamə müzakirə edilsin. Heç kimə himayədarlıq etmirəm. Təyinatlarda lobbiçilik etmir, işdən çıxmaqla bağlı heç kimə məcburi ərizə yazdırmıram”, - baş nazir vurğulayıb.

V.Qroysman Ukraynanı üçüncü sort dövlət hesab etməməyə çağırıb. (report)

19.05.2017 20:39 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo