Mehriban Əliyeva güləşçilərin mükafatlandırma mərasimində iştirak edib

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 57 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimi keçirilib.

Məlumata görə, qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Bu çəkidə idmançımız Mahir Əmiraslanov birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. (trend)

19.05.2017 19:49 / Baxılıb: 40 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo