Cənubi Qafqaz ölkələri arasında ən güclü münasibət Azərbaycanladır

“Macarıstanın Cənubi Qafqaz ölkələri arasında ən güclü münasibətləri Azərbaycanladır”.

Məlumata görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski səfirlikdə Macar yeməkləri və içkilərinin dequstasiyası ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, dünya iqtisadiyyatındakı tendensiyaya rəğmən, iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir: “Azərbaycan-Macarıstan ticarət dövriyyəsi Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəmizin yarısını təşkil edir. İki ölkə arasında münasibətlər çox dinamik inkişaf edir, işgüzar əlaqələr genişlənir. 2013-cü ildən Macarıstanın Azərbaycanda ticarət evi fəaliyyət göstərir". 

Səfir bildirib ki, tədbirdə təqdim olunan məhsullar “World Food Baku” sərgisində də nümayiş olunub. 

Sonra Macarıstanın məhsul və içkilərinin dequstasiyası həyata keçirilib. (apa)

19.05.2017 20:17 / Baxılıb: 51 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.06.2017
    25.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo