İranda səsvermənin vaxtı uzadıldı

İranda prezident seçkiləri ilə bağlı səsvermənin saat 18:00-da başa çatması nəzərdə tutulsa da, müddət axşam saat 20:00-dək uzadılıb.

Xəbərə görə, səbəb arzu edənlərin hamısının səsvermədə iştirakını və rahat səs verə bilməsini təmin etməkdir.

Bu gün Tehran şəhərinin bir çox seçki məntəqələrində uzun növbələr yaranıb. Hətta bülletenlər çatmayıb və insanlar səs vermək üçün gözləməli olub.

Daxili işlər naziri Rəhmani Fəzli bildirib ki, seçkilərin nəticələri elan olunduqdan sonra 3 gün müddətində namizədlər etiraz edə bilər. Etirazları Konstitusiyaya Nəzarət Şurası araşdıracaq. Nazir deyib ki, seçki prosesində  təhlükəsizlik baxımından heç bir problem yaranmayıb.

Qeyd edək ki, əhalinin aktivliyinin 70 faizdən çox olacağı gözlənilir. İranda 56 milyon 410 min nəfər səsvermə hüququna malikdir. (apa)

19.05.2017 19:12 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo