SOCAR Rumıniyada 36-cı YDM-ni açdı

Samir Soltanov/AZADİNFORM. Buxarestin mərkəzində “SOCAR” brendi ilə sayca 2-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. 

Azadinform xəbər verir ki, burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə quraşdırılmış 2 sayğac 4 avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan verir. YDM-də elektromobillərin elektrik enerjisi ilə təchizatı üçün də şərait yaradılıb. Müştərilərə maşınyuma xidməti də təklif olunur. “Roviniete” (yol vergisi) də daxil olmaqla bir sıra ödənişlərin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılmış, 24 saat pulsuz internet xidməti təmin olunub. 

Qeyd edək ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-ya çatmışdır. SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.

19.05.2017 18:54 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo