Bərdədə kanalizasiya quyusunda partlayış olub 2 nəfər yaralanıb

Bərdə şəhərində, kanalizasiya quyusunda partlayış baş verib. 

Məlumata görə, hadisə Ədalət Ədilov küçəsi, ev 34 ünvanında qeydə alınıb. Həmin ünvandakı həyətin kanalizasiya quyusunda baş verən partlayış nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Naibova və 40 yaşlı Niyaməddin Qarayev müxtəlif bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan onun vəziyyətinin orta ağır olduğunu bildiriblər. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(apa)

19.05.2017 18:18 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo