"ÜAK-ın ləğvi siyasi məqsəd güdür"

"Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi barədə verdiyi qərar siyasi məqsəd güdür". 

Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycana qarşı təzyiq vasitələrindən biridir.
Deputat hesab edir ki, ÜAK-ın qeydiyyatının ləğvi həm də Rusiya vətəndaşlarına edilən laqeyd münasibətdir: “Bu, həm də dövlətlərarası münasibətlərə xələl gətirən məsələdir. ÜAK-ın ləğvi nəticəsində Rusiya ilə Azəbaycan arasındakı münasibətlərin tamamilə başa çatması nəticəsinə gəlmək düzgün deyil. ÜAK yaranana qədər də Azərbaycan-Rusiya münasibətləri olub, bundan sonra da olacaq. Bu, siyasi müstəvidə atılmış addımdır. Azərbaycana qarşı təzyiq yoludur”.
F.İbrahimli hesab edir ki, ÜAK-ın ləğvi həm də Rusiyanın daxilində sabitliyin pozulmasına doğru yönələn bir addımdır. Deputatın fikrincə, əslində, Rusiya tərəfi bu məsələ haqqında daha çox düşünməldir: “Rusiyadakı 2 milyona yaxın azərbaycanlıların marağına zidd olaraq atılan addımlar bu vətəndaşları bu dövlətdən narazı salır. Dövlətin öz vətəndaşlarına belə münasibət göstərməsi təbii ki, ziyanlı addımdır”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib. (trend)

19.05.2017 18:10 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.06.2017
    25.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo