DİM magistratura və rezidenturaya qəbul olmaq istəyənlərə müraciət edib

Samir Soltanov/AZADİNFORM. Dövlət İmtahan Mərkəzi (DİM) magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlərə müraciət edib. 

DİM-dən Azadinform-a verilən məlumata görə, magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat 22 may saat 23:59-dək davam edəcək. 

Bu gün saat 17:30-a olan məlumata əsasən, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün 6540 bakalavr proqram seçimini təsdiq edib. 560 bakalavr elektron ərizəsinə daxil olub proqram seçimi etsə də, ərizəsini təsdiq etməyib. Rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ olan 665 namizəddən 449 nəfəri imtahanın ikinci mərhələsində iştirakını təsdiq edib. 

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək istəyənlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq etməlidirlər. Ərizələrini təsdiq etməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.

19.05.2017 18:00 / Baxılıb: 56 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.06.2017
    25.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo