Politoloq: Minsk qrupunun fikirləri bizim üçün maraqlı deyil

Leyla Məhərrəmova / AZADİNFORM. “ATƏT-in Minsk Qrupu Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün münaqişə tərəfləri arasında danışıqlar aparan yeganə institutdur. Məhz buna görə də,  Minsk qrupu bəyanat verərkən diqqətli olmalıdır. Çünki, söhbət beynəlxalq qanunlara hörmətdən gedir.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Zaur Məmmədov Minsk qrupunun sonuncu bəyanatını şərh edərkən deyib. O qeyd edib ki, necə ola bilər ki, dünyanın hər hansı bir ölkəsi heç kimdən icazə almadan hansısa dövləti işğal edir və buna göz yumulur: “ Lakin, Bakı  haqq uğrunda mübarizə apararkən o saat xəbərdar olunur”.  

Politoloq bildirib ki, Azərbaycan ATƏT in Minsk Qrupunun bəyanatına artıq XİN  səviyyəsində cavab verdi: “Reallıqda isə, bizim üçün Minsk qrupunun fikirləri maraqlı deyil. Minsk qrupunu həmsədr ölkələri anlamalıdırlar ki, əgər erməniləri qudurtmaqda davam etsələr, bu il Cənubi Qafqazda münaqişənin müharibə mərhələsinə keçməsi istisna deyil. Onsuz da dünyada ara qarışan bir zamanda bu böyük partlayışa səbəb ola bilər”. 

Z. Məmmədov əlavə  edib ki, XXI əsrdə bir sıra ölkələr icazəsiz şəkildə bunu ediblər: “Bizim də hüququmuz var.  Beynəlxalq hüquq da bizim tərəfimizdədir”.

19.05.2017 16:40 / Baxılıb: 288 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo