BƏƏ xarici işlər naziri Azərbaycana gəlir

Eşqin Nuruşov/AZADİNFORM. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhya 21-22 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

XİN-dən Azadinform-a verilən məlumata görə, səfər çərçivəsində Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın 22 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat brifinqində iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 22 may tarixində saat 11:45-dən gec olmayaraq nazirliyə gəlmələri xahiş olunur. 

Nəzərə çatdıraq ki, mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə XİN tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

19.05.2017 16:22 / Baxılıb: 82 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo