Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır

Samir Soltanov/AZADİNFORM. “Avropa ölkələri arasında intihar halları ən az Azərbaycanda qeydə alınır”. Azadinform xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı 2015-ci il üçün hazırladığı statistikada deyilir. 

Bildirilir ki, Azərbaycanda müvafiq göstərici 100 min əhali üçün 3,3 faiz təşkil edir. İkinci sırada 4 faizlə Tacikistan, 3-cü yerdə 4,3 faizlə Albaniya və Yunanıstan, 4-cü yerdə 4,7 faizlə Kipr qərarlaşıb. Ermənistanda isə bu göstərici 5,4 faizdir. 

Sənədə əsasən, Ukrayna (20.1 faiz) və Rusiyada (20.1 faiz) qeydə alınan göstəricilər eynidir.  

Ən yüksək göstərici Litvada (32,7 faiz) qeydə alınıb. Onun ən yaxın izləyiciləri Qazaxıstan (27,5 faiz) və Belarusdur (22,7 faiz).

19.05.2017 16:15 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo