Oyunlarda Azərbaycan idmançıları 116 medal qazanıb

Samir Soltanov/AZADİNFORM. “Azərbaycan idmançıları-istər kişi, istərsə də qadın idmançılarımız Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında möhtəşəm çıxış edirlər”. 

AZADİNFORM xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfransda çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, bu günə kimi IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları 116 medal qazanıb: “66 medal kişilərin, 50 medal isə qadınların payına düşür”.

19.05.2017 15:50 / Baxılıb: 33 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo