"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını çox gözəl təşkil edib"

"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını çox gözəl təşkil edib". 

Məlumata görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, bu münasibətlə Azərbaycana təbriklərini çatdırıb. Səfir bildirib ki, bu oyunlarda Azərbaycan və Türkiyə idmançıları medal uğrunda əsl mübarizə aparırlar: “Hansısa mərhələdə Azərbaycan birinci sırada qərarlaşdı, sonra biz birinci olduq. Oyunların sonuna 4 gün qalıb. Hesab edirəm ki, nəticədə ya biz, ya da Azərbaycan birinci olacaq”. 

Qeyd edək ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. (apa)

19.05.2017 13:00 / Baxılıb: 78 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2017
    18.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo