Güləşçimiz qızıl medal qazandı (Yenilənib 5)

Samir Soltanov/AZADİNFORM. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan sərbəst güləşdə ilk medalını qazanıb. 

Azadinform xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mahir Əmiraslanov finalda Qazaxıstan güləşçisi Jandos İsmayılovla qarşılaşıb. 

Təmsilçimiz həlledici görüşdə daha yaxşı güləşərək qalib gəlib - 5:4.



12:16



Samir Soltanov/AZADİNFORM. Daha bir sərbəst güləşçimiz İslamiadanın qızıl medalı uğrunda mübarizə aparacaq. Azadinform xəbər verir ki, yarımfinalda suriyalı idmançı Abdalh Kərimlə qarşılaşan Nurməhəmməd Hacıyev (97 kq) rəqibinə göz açmağa imkan verməyib - 9:0. Bu qələbə ilə idmançımız adını finala yazdıra bilib.


11:35



Samir Soltanov/AZADİNFORM. Sərbəst güləşçimiz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib. Azadinform xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançımız Məhəmməd Müslümov yarımfinalda əfqanıstanlı Malik Can Sadeedi vaxtından əvvəl - 10:0 hesabı ilə məğlub edib. Bundan əvvəl təmsilçimiz 1/8 finalda Kot-d'İvuar idmançısı Açi İnnosent Abbeyə, 1/4 final mərhələsində isə Qvinea-Bisau güləşçisi Cumba Mabaliyə qalib gəlmişdi. Beləliklə, M.Müslümov qızıl medal uğrunda döyüşəcək.


11:25



Samir Soltanov/AZADİNFORM. Azərbaycanın sərbəst güləşçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. Azadinform xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mahir Əmiraslanov 1/4 finalda Kamerun təmsilçisi Tambi Nforsonqla qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala yüksəlib.


10:54



Samir Soltanov/AZADİNFORM. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin yarışına start verilib. Azadinform xəbər verir ki, təmsilçilərimizdən ilk olaraq tatamiyə Cəbrayıl Həsənov çıxıb. 74 kq çəki dərəcəsində mübarizə aparan güləşçimizin 1/8 finaldakı rəqibi iranlı Peyman Yarəhmədi olub. Daha güclü çıxış edən rəqib növbəti mərhələyə yüksəlib - 1:3.

19.05.2017 18:32 / Baxılıb: 92 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo