İlham Əliyev boksçuların mükafatlandırma mərasimində iştirak edib

Samir Soltanov/AZADİNFORM. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçuların mükafatlandırma mərasimi keçirilib. 

Azadinform xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən Prezident İlham Əliyev qaliblərə medalları təqdim edib. 

Bu çəkidə dünya çempionumuz Cavid Çələbiyev birinci olub. Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

18.05.2017 18:10 / Baxılıb: 52 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo