Politoloq: Ermənilər artıq Rusiya KİV-lərində spekulyasiyaya başlayıb

Leyla Məhərrəmova / AZADİNFORM. “Ümumrusiya Azərbaycanlıları Konqresi iki ölkə arasında humanitar əlaqələrin yaranmasında və inkişafında böyük rola malik idi. Əlbəttə ki, bu cür strukturun qeydiyyatının ləğv edilməsi ən azı humanitar münasibətlərə mənfi təsir göstərəcək və bu boşluqları digər təşkilatlar doldurmağa çalışacaq”.

Bu fikirləri Azadinform-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. O qeyd edib ki, iki ölkə arasında humanitar əlaqələrin keyfiyyəti aşağı düşəcək. Politoloqun fikrincə, Azərbaycanı istəməyən qüvvələr, ermənipərəst təşkilatlar bundan istifadə edərək fəal ola bilərlər.

O həmçinin bildirib ki, Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə intensiv dialoq var və bu sahələrdə inkişaf yüksəkdir: “ÜAK məsələsinə artıq XİN səviyyəsində reaksiya verilib. XİN yəqin ki, bu məsələni izləyəcək və çalışacaq ki, ÜAK-ın fəaliyyəti bərpa olunsun, müxtəlif səylərə əl atacaq. Əgər Rusiyada süni əngəllər yaradılsa, bu münasibətlərin pisləşməsinə gətirib çıxaracaq”.

İ. Vəlizadənin fikrincə, münasibətlərin gərginləşməsi haqda danışmaq tezdir: “Ermənilər artıq Rusiya KİV-lərində spekulyasiyaya başlayıb. Bu sırf Azərbaycan-Rusiya münasibətlərinə aid olan məsələdir və digər tərəflərə imkan verməməliyik ki, bu məsələdən mənfəət əldə etsinlər”.

18.05.2017 17:00 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo