Suya tullanma yarışında 2 idmançımız finalda

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışına start verilib. 

Azadinform xəbər verir ki, kişilər arasında 3 m tramplin yarışında Azərbaycanın iki təmsilçisi - Artyom Danilov və Dmitri Sorokin finala yüksəlib. 

Həmçinin finala Müctəba Vəlipur, Sahnam Nəzərpur (hər ikisi İran), Tri Priambodo və Aldiansiah Rafi (hər ikisi İndoneziya) vəsiqə qazanıblar. 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

18.05.2017 13:12 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2017
    18.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo