Politoloq: Rusiya tərəfi bu reallıqları axıra qədər düşünməyib

Leyla Məhərrəmova/AZADİNFORM. Ümumrusiya Azərbaycanlıları Konqresi  bir sıra iri miqyaslı layihələrin müəllifidir və bu illər ərzində Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təkan verib. Bu təşkilata tək azərbaycanlılar yox, Rusiyanın görkəmli şəxsiyyətləri də cəb olunub, təşkilatın üzvü kimi fəaliyyət göstərib. Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, uzun illər fəalliyət göstərən və iki dövlət arasındakı münasibətlərin inkişafında rol  oynayan ÜAK-ın qeydiyyatını ləğv etmək müəyyən qüvvələrin fəaliyyətinin nəticəsidir. 

Politoloqun fikrincə, burada  erməni izinin olması da istisna deyil: “Bir sıra dövlət strukturlarında ermənilərin sayı çoxdur və onların bizə münasibəti bəllidir. Hesab edirəm ki, ÜAK-ın qeydiyyatının ləğv edilməsi  haqda çıxarılan qərar Azərabycan ictimaiyyətinin Rusiyaya münasibətinə mənfi  təsir edəcək”. 

F.Sadıqov əlavə edib ki, Rusiya ATƏT-in Minsk qrupunun vasitəçilərindən biridir və  Azərbaycan Minsk qrupuna onsuz da etibar etmir, onun fəaliyyətindən heç vaxt razı  deyil: “Bundan sonra bu ölkəyə etimad daha da azalacaq. Əgər Rusiyanın dövlət strukturları bizə qarşı belə addım atırsa,  bizim də ona etimadımız azalacaq. Görünür, Rusiya tərəfi bu reallıqları axıra qədər düşünməyib. Hesab edirəm ki, Rusiyanın belə addım atması heç bir fakta və arqumentə əsaslanmır”. 

18.05.2017 12:07 / Baxılıb: 97 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo