Rusiyanın Yaxın Şərqdə uğurunun uzunmüddətliliyi Azərbaycanla münasibətlərindən asılıdır

Azərbaycan cəmiyyətinin rus xalqına, dilinə və mədəniyyətinə dövlətinə münasibəti çox unikaldır. Əksərən qərbdə, o cümlədən yaxın qonşularımızda bizim xalqın rus xalqına münasibətinin mahiyyəti başa düşülmür. 20 yanvarı və Qarabağ işğalını yaşamış xalqın adı hər iki hadisədə təmsilçilərinin hallanan xalqa qarşı belə münasibəti paradoksaldır. Təbii ki, Azərbaycan tolerant xalqdır, multikultural ənənələrin min illik tarixi var. Amma Azərbaycan cəmiyyətinin rus xalqına, dilinə, mədəniyyətinə münasibətini tolerantlıqla izah etmək sadəcə məsələnin çox bəsit tərəfidir. Bu daimi diqqət və qayğı tələb edən məsələdir. Azərbaycanın rəhbərliyi həmişə belə məsələləri ciddi şəkildə dıqqətdə saxlayıb. Azərbaycanın paytaxtı Bakı şəhərində rus pravoslav kilsələri fəaliyyət göstərir. Hətta o kilsələrdən biri Rusiyadakı azərbaycanlıların vəsaiti hesabına tikilib. Bu məsələ o qədər ictimailəşdirilməmişdi. Məhz populyar rus eksperti A.Duginin hesabına bu məsələ kifayət qədər ictimailəşdi. Yerevanda Rus pravoslav kilsəsi yoxdur. Əksinə, ermənilər Moskvada kilsə tikiblər və bu kilsənin dini baxımdan iki statusu diqqət çəkir:

I. Ermənilər Moskvadakı kilsəni Apostol kilsəsi adlandırır. Başqa sözlə, Rus torpağında yeganə Apostol kilsə budur. Qriqorianlıq dininin yaradıcısının Həzrəti İsanın hansısa Apostolu ilə əlaqəsi yalnız uydurmadır, heç bir elmi təsdiqini tapmayıb. Amma buna baxmayaraq ermənilər özlərini məhz Rus pravoslavlığı fonunda Apostol dini kimi təqdim edirlər və bununla da dini prizmadan ermənilərin ruslardan üstün olduğunu göstərirlər.

II. Digər status isə son dövrlərdə bu iki kilsəyə məbəd statusunun verilməsidir. Başqa sözlə, erməni kilsəsi xristianlıq üçün müqəddəs yerdir. Rus kilsələri üçün belə status müvafiq deyil.

Ermənistanda katolik kilsəsi var. Gümrüdə yaxınlarda tikildi. Yalnız ondan sonra Gümrüdəki rus hərbçiləri üçün rus pravoslav dininə məxsus kiçik kilsə tikildi.

Related image 

Azərbaycan MDB-də yeganə dövlətdir ki, digər MDB üzvü onun düşmənidir, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. MDB-də ikinci başqa bir elə dövlət yoxdur. Rusiya ictimai-siyasi mühiti bunu nəzərə almalıdır. Ermənilər Rusiya elitasına Azərbaycanla bağlı bütün kontekstlərdən təzyiq edirlər. Sadə misal. Rusiyanın qabağında duran ən əsas məqsədlərdən biri II Dünya Müharibəsinin tarixinin saxtalaşdırılmamasıdır. 9 may qələbə paradında separatçı, hətta Ermənistanın tanımadığı Dağlıq Qarabağın bayrağını qaldırması tarixin saxtalaşdırılmasıdır. Böyük Vətən müharibəsi dövründə Dağlıq Qarabağ adlı dövlət olmayıb. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkib hissəsi olub və Dağlıq Qarabağdan gedən ermənilərin hamısı Azərbaycan SSR-nin vətəndaşı olaraq, Azərbaycan SSR-nin hərbi komissarlığı tərəfindən döyüşə göndərilib. Bu faktı amerikalı, ingilis, fransız bilməyə bilər. Amma rus mütəxəssisi ki, bilir. Erməni separatçılarının qələbə paradında bayraq qaldırması və ona rəsmi Moskvanın belə isti münasibət göstərməsi, cəzalandırmaması ermənilərdə Dağlıq Qarabağdakı erməni separatizminə rəsmi Moskvanın dəstəyi kimi demək qəbul olunur. Ermənilərin Böyük Vətən Müharibəsinin tarixini saxtalaşdırmasında separatçı ermənilərin bayraq qaldırması ilk fakt deyil. Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdenin ermənilər tərəfindən ideallaşdırılmasını Rusiya isteblişmentinin “unutması” təsadüfi deyilmiş.

Image result for Şarl Aznavur 

Bizim ermənilərdən digər fərqimiz ondan ibarətdir ki, bizim millət bütün dünyada yayılsa da, sayımız çox olsa da amma hamısı kökünə daha çox bağlıdır. Assimilyasiyaya az məruz qalıb. Ona görə harada olmasından asılı olmayaraq daha çox özlərinə məxsusdurlar. Ermənilər bütün dünyaya səpələniblər və bütün dünyada özlərini yaşadıqları dövlətə daha çox bağlı kimi göstərirlər. Bu mövzuda hədsiz çox misallar gətirə bilərik. Amma məşhur şansonye Şarl Aznavurun fikri ən ümumiləşmiş anlayış kimi qəbul edilə bilər: Mən fransızam, amma erməni mənşəli fransız.

İndi belə fonda azərbaycanlıları Rusiya azərbaycanlıları, Türkiyə azərbaycanlıları, İran azərbaycanlıları kimi qruplara bölmək xalqımızın bütövlüyünə süni müdaxilə etməkdir. Rusiya rəsmilərinin qarşısında moldovan-rumın kimlik münasibətlərinin nəticələri barədə təsəvvürlər var.

Image result for Rusiya Silahları 

“ÜmumRusiya” termininin yerində olmaması ilə bağlı deyilənlər də yanlışdır. “ÜmumRusiya”  termini Rusiyada, xüsusilə rəsmi kontekstdə kifayət qədər geniş işlənən termindir.

Rusiyanın ictimai-siyasi mühiti nəzərə almalıdır ki, Azərbaycan Cənubi Qafqazın tərkib hissəsidir və Azərbaycan Cənubi Qafqazda baş verənlərə birbaşa məsuliyyət daşıyır və Cənubi Qafqazın ən iri və lider dövlətidir.  Biz Rusiyanın Cənubi Qafqazdakı köklü marağını inkar etmirik. Amma Rusiyanın Cənubi Qafqazdakı iştirakı dolayısıdırsa, Azərbaycan Cənubi Qafqaza birbaşa məsuliyyət daşıyır. Rusiya Cənubi Qafqaza Zaqafqaziya kimi yanaşırsa, biz Qafqazın bir hissəsi, cənubu kimi yanaşırıq.

Silahlanma ilə bəzi məsələlər hal-hazırda Rusiya ilə Azərbaycan arasında kifayət qədər ciddi müzakirə yarada bilən məsələdir. Amma Azərbaycanın silahlanmasının da müəyyən bir həddi var. Bizim bəzi qonşularımız Azərbaycanın hədsiz çox silahlanmasını məhz özləri üçün təhlükə kimi qəbul edirlər. Həmin qonşumuzun fikrincə, Azərbaycanın hal-hazırda hətta  avtomat silahla erməniləri qovmağa, öz torpaqlarını işğaldan azad etməyə gücü çatır. Ona görə ən müasir silahları, uzaq vuran silahları və yaxud ağır texnikanı qədərindən artıq alıb yığmağa ehtiyac yoxdur.

Cənubi Qafqaz regionunu silah anbarına çevrilməsinə icazə vermək olmaz. Bu bizim köklü maraqlarımıza ziddir və dolayısı yolla eləcə də Rusiyanın da maraqlarına ziddir. Bu gün kimlərsə silah alverini Rusiyanın büdcəsinin dolmasında bir variant kimi görə bilərlər. Amma məsələyə strateji yanaşdıqda nəzərə almaq lazımdır ki, bu regionda digər dövlətlərin də marağı var. O cümlədən bu gün Rusiyanın müttəfiq bildiyi dövlətlərin bu regionla bağlı tarixi və digər münasibətləri yeni iştah formasında baş qaldıra bilər. Ona görə bu gün Rusiyanın bu regiona silah verməsi o demək deyil ki, beş il, on ildən sonra yenə həmin silahlar Rusiyanın maraqları istiqamətində fəaliyyət göstərəcək.

Ən yaxşısı Dağlıq Qarabağ problemini həll etməkdir. Rusiya və İran kimi qonşularımız üçün Dağlıq Qarabağ məsələsini həll etmək bir neçə saatın işidir.

Image result for ermənilər Rus xalqına qarşı xəyanətləri 

Erməni şərəfi barədə deyilənlər mifdən başqa bir şey deyil. Ermənilər indi türkün qapısında qulluqçu işləmək üçün növbəyə dayanıblar. Dağlıq Qarabağ məsələsini həll etməklə Cənubi Qafqaz regionunda yaranan iqtisadi aktivlikdən Rusiyanın əldə etdiyi gəlir Rusiyanın Azərbaycana və Ermənistana satdığı silahdan əldə olunan gəlirdən qat-qat çox ola bilər.

A.S.Qriboyedovun öldürülməsində iştirakdan üzü bəri ermənilər Rus xalqına qarşı xəyanətlərini davam etdirilər. Cənubi Qafqazda “Kiçik Ermənistan”ın və bunun əsasında erməni dövlətinin yaradılması, ermənilərin Dağlıq Qarabağa köçürülməsi, Zəngəzurun Ermənistana verilməsi ermənilərin yalnız iştahını artırdı.

Moskva metrosunda partlayış ABŞ-ın xüsusi xidmət orqanlarının ermənilərin SSRİ daxilində dağıdıcı gücünə inamı artırdı. SSRİ-nin dağıdılması planı hazırlandı. Plan ermənilərin imkanına hesablanmışdı. Hər şey Dağlıq Qarabağdan başlandı. Moskvadakı ermənilər Qərbin ssenarisinə uyğun Rus xalqını elitasını antiRus planların reallaşdırılması üçün ələ aldılar.

Image result for Samvel Karapetyan

Rusiyadakı heç bir erməni Rusiya üçün sonadək sədaqətli deyil. Bu gün “Taşir” qrupunun başçısı S.Karapetyan Ermənistanda rus dilində olan toponimlərin erməni toponimləri ilə əvəzlənməsi ilə məşğul olub. Bu tarixdir. Bunu silmək mümkün deyil. S.Karapetyan xırda erməni millətçisidir və Rusiyada qazandığı pulu da təbii ki, ermənilərin milli maraqlarına xərcləməlidir. Atdığı addımlardan başa düşülür ki, onun ABŞ-da da, o cümlədən Gürcüstanda da kifayət qədər geniş əlaqələri var. Ruben Vardanyan Ermənistanda ingilis dilinin inkişafına az qala yarım milyard dollar pul xərcləyib. Amma Ermənistanda rus dilinin vəziyyəti bərbad gündədir. Erməni mətbuatının yazdığına görə 2016-cı ilin sonlarından etibarən Rusiyadan Ermənistana gələn transfertlərin miqdarı artır. Eləcə də Ermənistandan ABŞ-a və Avropaya gedən transfertlərin miqdarı da artır. Belə alınır ki, Ermənistan yenidən Rusiya pulunun Qərbə ötürülməsi üçün əsas marşrutlardan birinə çevrilib. “Yukos Armeniya” və yaxud “Yukos CİS” şirkətinin fəaliyyəti yada düşür. Məhz Aleksanyanın hesabına Ermənistanda “Yukos CİS” şirkəti təsis olundu və bu şirkətin vasitəsilə Rusiya vəsaitinin 4 milyard dolları Virciniya adalarına getdi. İndi Putin Rusiya pulunun Qərbə tərəf çıxmasına qadağa qoyub. Amma Rusiyadakı ermənilər Putinin qadağasını pozmaqla məşğuldur.

Image result for Rusiyanın Ədliyyə Nazirliyi 

Rusiyanın Xarici İşlər və Ədliyyə Nazirlikləri çox yaxşı olardı ki, “Yukos CİS”in Ermənistanda təsis sənədlərini araşdırsın. ÜmumRusiya Azərbaycanlıları Konqresinin sənədlərində texniki məsələləri deyil, Rusiya rəsmilərindən kimin nə qaydada “Yukos CİS” in təsisinə icazə verdiyini araşdırsın.

Baş verənlər açıq-aşkar göstərir ki, bu ermənilərin antiAzərbaycan təxribatıdır. Amma təkcə antiAzərbaycan təxribatı deyil. Əslində ermənilər Azərbaycana qarşı mübarizə aparmaq adı ilə əksərən Rusiyaya qarşı mübarizə aparırlar. Ona görə Rusiyadakı ermənilərin son təxribatları həm də qatı antiRusiya təxribatlarıdır.

Rusiyada ermənilər güclüdür. Bunu biz bilirik. Amma bütün bunlara baxmayaraq müstəqil Azərbaycan həmişə Rusiya ilə münasibətləri normallaşdırmağa çalışıb. Rəsmi Bakının Rusiya istiqamətində irəli sürdüyü təkliflər V.Putin prezident olduqdan sonra reallaşdı. Putin MDB-də ilk səfərini məhz Azərbaycana etdi. V.Putinin ilk səfəri zamanı Şəhidlər Xiyabanında diz çökməsi bütün Azərbaycan xalqının müsbət emosiyasına səbəb oldu. Biz onunla əsaslandıra bilirik ki, 20 yanvarı, Dağlıq Qarabağ işğalını yaşamış Azərbaycan xalqı niyə görə rus xalqına belə yaxşı münasibətdədir. Putinin o addımı Rusiya-Azərbaycan münasibətlərini yüz illər boyu müəyyənləşdirmək potensialına malikdir.

 Image result for Çeçen müharibəsi

Azərbaycan hakimiyyəti tərəfindən də atılan bütün addımlarda- beynəlxalq, regional siyasətdə həmişə Rusiya amili nəzərə alınır. Bizim siyasət balans siyasətidir. Müstəqil siyasət aparmaq üçün intellektual, siyasi, iqtisadi imkanı olan xalqıq, dövlətik. Ona görə heç bir qonşu ilə, heç bir region dövləti ilə, xüsusilə Rusiya kimi nəhəng qonşumuzla problem yaratmaq bizim maraqlarımıza uyğun deyil. Azərbaycanın kənd təsərrüfatı və iqtisadiyyatının bəzi sektorları uzunmüddətli Rusiya istiqamətində qurulur. O baxımdan Rusiya ilə münasibətlər Azərbaycan üçün geosiyasi, siyasi, iqtisadi və regional kontekstdə yalınız pozitiv anlamdadır.

SSRİ dağıldıqdan sonra Rusiyanın Şimali Qafqazında uzun müddət gərginlik var idi. O zaman həm Rusiya, həm də Azərbaycan dövlət olaraq zəif idilər. Azərbaycan və Rusiya dövlət olaraq gücləndikdən sonra Şimali Qafqazda destruktiv, neqativ proseslərin qabağı alındı. Bu gün Rusiya dövləti Şimali Qafqaza kifayət qədər vəsait ayırır. Amma Şimali Qafqaz Rusiyanın siyasi, maliyyə resurslarının qara dəliyinə çevrilib. Bu kontekstdə Azərbaycanın dövlət olaraq zəifləməsi Şimali Qafqazda yenidən əvvəlki proseslərin baş qaldırmasına şərait yarada biləcək. Şimali Qafqazda sabitliyin iki qarantından biri Azərbaycan dövlətinin və xalqının güclü olmasıdır. Bu isə iki xalq, iki dövlət arasında çox özəl, unikal münasibətləri diktə edir. Bu münasibətlər isə Rusiyada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan rusların hesabına daha da möhkəmlənir. Rusiyadakı azərbaycanlıların mövqeyinin güclü olması hər iki dövlət arasında onların körpü rolunun güclü olması anlamındadır.

Related image

Rusiyanın bəzi rəsmiləri ermənilərin tələsinə uymamalıdır. Rusiya-Azərbaycan münasibətlərinin dinamik artan inkişafından ən çox narahatlıq keçirən Ermənistan və dünya erməniləri idi. Çünki Azərbaycan torpaqlarını işğal altında saxlamaqda ermənilərin ən əsas dayağı Rusiya ilə münasibətləri idi. Ermənilər Rusiya ilə münasibətlərini bütün Qərb dünyasına, digər dövlətlərə nümayiş etdirərək məhz həmin dövlətlərin Dağlıq Qarabağ probleminin həllində iştirakını əngəlləyə bilmişdi.

Rusiya-Azərbaycan münasibətləri yaxşılaşdıqca Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyiş yaranır. Bu isə erməniləri qorxudur. Ona görə ənənəvi, eləcə də digər yeni metodları işə salmaqla Rusiyanın elitasına yol tapırlar. Rusiya Ermənilər İttifaqının, eləcə də Ümumdünya Erməniləri Konqresinin sədri A.Abramyanın 60 illik yubileyinə Rusiya elitasının yığışmasına yalnız bu kontekstdən yanaşa bilərik. Hətta prezident V.Putinin ən yaxın ətrafı Putinin adından A.Abramyana təbrik təşkil edə bildilər. A.Abramyan kiçik oğruluğu böyük oğruluğa çevirməyi bacarmış adamdır. Dərin intellektli, tərbiyəsi olmayan bir şəxsin Rusiya elitasında belə yüksək qarşılanması, eləcə də həmin tədbirdə Dağlıq Qarabağ separatçılarının liderinin də dəvət olunması əslində göstərir ki, Rusiyadakı ermənilər, o cümlədən A.Abramyan kimilər daha yeni qüvvə ilə Rusiya-Azərbaycan münasibətlərini korlamağa başlayıb.

Rusiya-Azərbaycan münasibətlərinin ağır dövrü də olub. Amma Azərbaycan həmin ağır dövrdə ermənilərin güclü təsiri altında olan Rusiyanın təzyiqlərindən yayına bilib. Rusiyanın blokadasını yara bilib. Azərbaycan məhz həmin dövrdə “Əsrin müqaviləsi”ni imzaladı. Bakı-Tbilisi-Ceyhanı tikdi, digər qlobal miqyaslı layihələr reallaşdırdı və pul qazandı. Varlı Azərbaycan bu gün Rusiyanın daha çox müttəfiqidir.

Image result for sarkisyan obama

Ermənistan həmişə konfliktogenliklə məşğul olub, SSRİ-nin dağılmasında ermənilər ABŞ-ın əlində alət oldu. O cümlədən Rusiya elitasını da bu yola çəkə bildilər. Ermənilər indi də həmin yolu gedirlər. Bir qrup rus rəsmisini ələ almaqla Rusiyanın MDB məkanındakı siyasətinə ciddi zərbə vurmaq, hətta yeri düşsə Rusiyanı daxildən parçalamaq. Ermənilərin Suriya üzrə siyasətini və bu istiqamətdə Putinin təklifini rədd etməsi proseslərini yada salmaqla müasir Ermənistan rəhbərliyinin kim olduğunu, Rusiyaya qarşı hansı münasibətdə olduğunu aydın şəkildə görmək olar. Ermənistanın prezidenti S.Sərkisyan Rusiya prezidenti V.Putini üç dəfə açıq şəkildə inkar edib. Rusiya erməniləri bircə dəfə də prezident S.Sərkisyana bu barədə irad bildirməyiblər. Bu məsələni ümumiyyətlə aktuallaşdırmayıblar. Amma Azərbaycan tərəfindən Rusiyanın ünvanına bircə dəfə də olsun belə addım görünməyib, görünməsi də mümkün deyil.

Ermənistanın, da eləcə də regionun digər dövlətlərinin də bu gün taleyi Rusiya-Azərbaycan münasibətlərindən asılıdır. Rusiya-Azərbaycan münasibətləri necə olacaqsa regiondakı proseslər də o istiqamətdə gedəcək. Rusiya-Azərbaycan münasibətlərinin necəliyi Türkiyə və İranın Rusiyaya münasibətini müəyyənləşdirəcək. Rusiyanın Yaxın Şərq regionundakı siyasətində uğurunun uzun müddətliliyi Rusiya-Azərbaycan münasibətlərinin necəliyindən asılıdır. Bütün bunlar iki xalq, iki dövlət arasındakı münasibətlərin uzun müddət çox uğurlu şəkildə inkişafını tələb edir. Rusiya ilə Azərbaycan arasında bir-birini qarşılıqlı tamamlayan siyasətin alternativi yoxdur.

Image result for A.Abramyanın 60 illik yubileyinə Rusiya elitası 

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri

Mübariz Əhmədoğlu  

18.05.2017 11:35 / Baxılıb: 243 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo