Prezident Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışında - Fotolar

Samir Soltanov/AZADİNFORM. SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimi keçirilib. 

Azadinform xəbər verir ki, Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev və “Caspian Drilling” Şirkətinin baş direktoru Fərid Axundov dövlət başçısına qurumun 1996-2016-cı illər ərzində fəaliyyəti, əməliyyatlar üzrə səmərəli vaxt cədvəlinin dünyanın digər qazma şirkətləri ilə müqayisəsi, həmçinin Heydər Əliyev adına yarımdalma qazma qurğusu barədə məlumat veriblər. 
Prezident İlham Əliyev SOCAR-ın və “Caspian Drilling” şirkətinin rəhbərliyi, layihədə çalışanlar, həmçinin ölkədə pay bölgüsü sazişlərində iştirak edən xarici şirkətlərin nümayəndələri ilə görüşüb. 
Dövlət başçısı Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılışını bildirən düyməni basıb. 
Prezident İlham Əliyev tədbirin iştirakçıları ilə söhbət edib. Sonra dövlət başçısı qurğu ilə yaxından tanış olub. 
Prezident İlham Əliyevə burada quraşdırılacaq sualtı əməliyyat aparatı barədə məlumat verilib. Bu aparat sualtı görüntüləri əldə edəcək və baş verə biləcək qəza zamanı zəruri funksiyaları yerinə yetirəcək. 
Dövlət başçısı yarımdalma qazma qurğusunun yaşayış blokunda da olub. 
Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər. 

18.05.2017 11:35 / Baxılıb: 59 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
23.06.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo