Xalq artisti xəstəxanaya yeriləşdirilib

Xalq artisti Rafiq Hüseynov xəstəxanaya yeriləşdirilib. 

Bu barədə özü məlumat verib. R. Hüseynov mayın 14-də Mərkəzi Neftçilər Xəstəxansına yeriləşdirildiyini deyib: “Özümü yaxşı hiss etmirdim. Həkimlər məsləhət gördülər ki, xəstəxanada qalım, müalicə alım. Ayaqlarımda şiş var, başım gicəllənir. Diaqnoz bir xəstəliklə bağlı deyil. Amma əsas odur ki, onkoloji problemlə bağlı deyil”. 

R. Hüseynov əlavə edib ki, xəstəxanadan nə vaxt çıxacağı ilə bağlı məlumatı yoxdur: “Həkimlər deyir darıxma, yaxşı olacaq. Mən də ümid edirəm, hər şey yaxşı olacaq”. (apa)

17.05.2017 18:54 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.06.2017
    26.06.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo