Bir ovuc erməninin Rusiyanın Azərbaycana siyasətini dəyişdirməsi mümkün deyil

Leyla Məhərrəmova / AZADİNFORM. “Rusiya-Azərbaycan münasibətlərini bu cür xoşagəlməyən hadisələrlə döndürmək qeyri-mümkündür”.

Bu fikirləri Azadinform-a Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi məsələsini şərh edən Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O qeyd edib ki, təbii olaraq Rusiyanın bu addımı yüksələn münasibətlərə cavab verməyən hərəkətdir. Deputat bu məsələnin erməni təxribatı kimi qiymətləndirilməsinə də münasibət bildirib. O qeyd edib ki, hansısa bir ovuc erməninin Rusiyanın Azərbaycana siyasətini dəyişdirməsi mümkün deyil: “Ermənilər harada imkanları var, öz zəhərlərini əlavə  edirlər, bu məsələdən də özləri üçün qazanc axtaracaqlar. Ancaq mən ÜAK məsələsini  Rusiyadakı ermənilərin boynuna yıxmazdım. Bəs bizim azərbaycanlılar orada nə edir? Ermənilər belə asanlıqla hərəkət edirlər?” R. Musabəyovun fikrincə, Rusiya hakimiyyətində olan bəzi dairələr bu təşkilatın onların siyasətinə cavab vermədiyini düşünür. Deputat qeyd edib ki, həmin dairələr ermənilərin, ukraynalıların, gürcülərin, moldovalıların ÜAK-a bənzəyən təşkilatlarını istədikləri kimi fırladırlar, lazım gələndə öz dövlətlərinə qarşı qoyurlar: “Bizim təşkilata qarşı isə onların əli keçmirdi. Ona görə də ÜAK-ı meydandan çıxarıb özlərinin əlaltı təşkilatını şişirtmək istəyirlər”.

17.05.2017 16:50 / Baxılıb: 122 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo