Politoloq: Rusiyada Azərbaycanla olan əlaqələrə düşmən münasibəti bəsləyən qüvvələr var

Leyla Məhərrəmova / AZADİNFORM. “Ümumiyyətlə, ictimai qurumların fəaliyyətinə siyasi motivlərin gətirilməsi arzuolunmazdır”.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Tofiq Abbasov Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsindən danışarkən deyib. O bildirib ki, bu qərar çox gözlənilməz və lazımsız idi: “Çünki ÜAK ötən ilin sonunda qurultayını keçirməklə yeni niyyətlərini bəyan etmiş oldu. Qurultay nümayəndələri hər şeyi olduğu kimi, yəni, prinsipial mövqedən dəyərləndirdilər. Tənqid və özünütənqidə böyük yerin verilməsi göstərdi ki, Rusiyada yaşayan azərbaycanlılar mütəşəkkil ictimai fəaliyyətləri ilə yeni səviyyəyə çıxmağa hazırdırlar”. 

Politoloq bildirib ki, belə olduqda isə Rusiyanın Ədliyyə Nazirliyi ÜAK-a etinasız münasibət bəslədi.

T. Abbasov əlavə  edib ki, ÜAK-a qarşı belə yanaşmanın, yəni, əsassız şəkildə təşkilatın qeydiyyatının ləğvi göstərdi ki, Rusiyada Azərbaycanla olan əlaqələrə düşmən münasibəti bəsləyən qüvvələr var və onlar böyük həvəslə ermənilərin təxribatlarının yedəyində getməyə hazırdırlar.

17.05.2017 15:13 / Baxılıb: 53 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.05.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo