İtaliya mətbuatında Bakı-2017 ilə bağlı məqalə dərc edilib

Adəm Abbaslı/AZADİNFORM. İtaliyanın "Notizie Geopolitiche" portalında "Azərbaycan. İslam Həmrəyliyi Oyunları. Multikulturalizmin gücü" başlıqlı məqalə dərc olunub.

Azadinform xəbər verir ki, məqalədə “Azərbaycanın Mərkəzi Cənubi İtaliyada dostları” assosiasiyasının siyasi analitiki Fortunato Materazzonun fikirlərinə istinadən Azərbaycanın həm müsəlman ölkələri arasında dialoqa, həm də İslam dünyasının Qərb ilə dialoquna töhfə verən və müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasını təmin edən müsbət multikulturalizm nümunəsi olduğu bildirilir.

Yazıda qeyd olunur ki, IV İslam Həmrəyliyi Oyunları zamanı Xəzərdən başlayan su səyahəti çərçivəsində suyun müxtəlif regionlara aparılması simvolik olaraq Azərbaycan xalqının birliyini, habelə İslam ölkələrinin və İslam dəyərlərinin həmrəyliyini ifadə edir. Müəllif, habelə ölkəmizin BMT-nin 2000-ci ildə qəbul etdiyi “Minilliyin İnkişaf Məqsədləri” çərçivəsində yoxsulluğun azaldılması və inkişaf məqsədlərini uğurla həyata keçirərək, yoxsulluq probleminə effektiv həll yolu tapdığı barədə də danışır.

Yazıda Azərbaycanın dünyəvi dövlət quruluşu haqqında da danışılaraq qeyd olunur ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkəmizdə müxtəlif etnik və dini azlıqlar dinc yanaşı yaşayırlar və dövlət onlara bərabər hüquqlar təmin edir. Paytaxt Bakıda beş məscid, üç sinaqoq, bir katolik və bir protestant kilsəsinin mövcudluğuna diqqəti çəkən müəllif Azərbaycanın dini tolerantlıq sahəsində də dünyaya nümunə olduğunu diqqətə çatdırır.

Məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

17.05.2017 12:02 / Baxılıb: 79 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.08.2017
    18.08.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo